Beynəlxalq Sambo Federasiyası (FIAS) 2024-cü ildə keçiriləcək dünya çempionatının tarixini və yerini açıqlayıb. Yarış gələn il noyabrın 8-dən 10-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Xatırladaq ki, son çempionat Ermənistanda keçirilmişdi. Yarışlarda neytral statusda iştirak edən Rusiya idmançıları medal sıralamasında birinci olmuşdular. Ümumilikdə 18 medal (13 qızıl, 2 gümüş və 3 bürünc) qazanan ruslardan sonra ikinci yeri Özbəkistan, üçüncü yeri Qazaxıstan, Rumıniya və Belarus təmsilçiləri tutmuşdular.

Qeyd edək ki, sambo üzrə ilk dünya çempionatı 1973-cü ildə keçirilib. İlk doqquz turnir Beynəlxalq Güləş Federasiyasının himayəsi altında təşkil edilib. Ardınca isə Beynəlxalq Sanbo Federasiyası (FİAS) çempionatların təşkilatçısına çevrilib.

Shares: