“Çox çətin oyun oldu. Amma yaxşı çıxış etdik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Kristian da Silva deyib.
Braziliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 14-cü turunda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən danışıb: “Çox yaxşı şanslarımız oldu. Amma qol vura bilmədik. Əgər penaltini qola çevirsəydik, bəlkə də oyundan qalib ayrılacaqdıq, 3 xalı əldə edəcəkdik”.
O, komandasının çempionata yaxşı başlamamasından, buna baxmayaraq, oyunlarında inkişaf olmasından danışıb: “Biz çempionata yaxşı start vermədik. Amma yaxşı futbol oynadığımızı deyə bilərəm. İnanıram ki, əvvəlki kimi yaxşı nəticələr qazanacağıq. Qarşıda “Kəpəz”lə oyunumuz var. Yaxşı hazırlaşıb qalib gəlməyə çalışacağıq”.