İrlandiyanın polis orqanları keçmiş UFC çempionu Konor Makqreqora qarşı araşdırmaya başlayıb. Buna səbəb döyüşçünün etnik ədavəti qızışdırmaqda şübhəli bilinməsidir. Məlumatı “Yahoo” yayıb.

Polisin diqqətini ölkədəki iğtişaşlar zamanı Konorun sosial şəbəkələrdə dərc etdiyi paylaşımları cəlb edib. Həmin paylaşımlarda döyüşçü insanların hərəkətlərini dəstəkləmədiyini, lakin ölkədə dəyişikliklərə ehtiyac duyulduğunu ifadə edərək, İrlandiya hökumətinin fəaliyyətini tənqid edib.

Makqreqorun hazırda 35 yaşı var. O, 2013-cü ildə UFC döyüş birliyinin üzvü olub. Ümumilikdə Konor qarışıq döyüş növləri üzrə 28 görüş keçirib, bunların 22-də qələbə qazanıb və 6 dəfə məğlub olub. İrlandiyalı 2021-ci ilin yayında UFC-264 turniri daxilində amerikalı Dastin Puarye ilə baş tutan döyüşdə ayağını sındırdıqdan sonra idmanda görünməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp