“Mançester Yunayted” İngiltərə Premyer Liqasında “quru” oyunların sayına görə 500 rəqəminə çatan ilk komanda olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Squawka” sosial şəbəkədə bildirib.

Nəşrin hesablamasına görə, bu göstəriciyə görə ikinci yerdə “Çelsi” (476), üçüncü isə “Liverpul”dur. Son çempion “Mançester Siti” isə cəmi 351 oyunda qapısından top buraxmayıb.

“Qırmızı şeytanlar” 13 turdan sonra çempionatda 6-cı pillədə qərarlaşıblar. “Mançester Yunayted” sonuncu oyunda Mersisayd “Everton”unu səfərdə darmadağın edib. Erik ten Haqın komandası növbəti turda “Nyukasl”la qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp