İngiltərə millisinin və “Barselona” və “Tottenhem”in sabiq baş məşqçisi britaniyalı Terri Veneybls vəfat edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb. Terri Veneyblsin 80 yaşında dünyasını dəyişdiyi bildirilib. Veneyblsın ölümü ilə əlaqədar komandanın üzvləri növbəti matçlara qara sarğı ilə çıxacağı da qeyd olunub.

Xatırladaq ki, İngiltərə millisi Terri Veneybls AÇ-1996-nın yarımfinalına qədər irəliləmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp