“Şamaxı” yen baş məşqçisini seçir. Son turda evdə “Karvan”a uduzduqdan sonra Vüqar Əsgərlini istefaya göndərən bölgə klubu iki çalışdırıcıdan birinə üstünlük verəcək.

Futbolinfo.az xəbər verir ki, hazırkı namizədlərin hər ikisi klubun işçiləridir. Vəli Qasımov və Ramiz Məmmədov müxtəlif vəzifələrdə çalışır, hər ikisi də posta iddialıdır. Hətta onlar baş məşqçi olmaq üçün ciddi mübarizə də aparır, rəhbərliyə təzyiq edirlər.

Qasımov klubun aşağı yaş qruplarının (U-14-ə kimi) koordinatorudur. Məmmədov “Şamaxı” Premuet Liqada mübarizə aparakən klubun daha yuxarı yaş qruplarının ümumi idarəçsi idi. Komanda I Liqaya düşdükdən sonra həmin qruplar ləğv olundu və Ramiz bəy də bu işini itirdi. Lakin o, klubun İdarə Heyətinin üzvüdür və məhz özünü təyin etdirməyin marağındadır.

Qərar hələ verilməyib. Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn bizimlə söhbətdə bu gün baş məşqçi postuna rəsmi təyinatın olacağını bildirdi. Lakin o, ad çəkməməyi lazım bildi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp