“Şamaxı”nın yeni baş məşqçisi müəyyənləşib. I Liqa təmsilçisini Premyer Liqaya Ramiz Məmmədov qaytarmağa çalışacaq.

Futbolinfo.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü olan Məmmədov ötən həftə istefa verən Vüqar Əsgərlini əvəz edəcək. Onun iki postda qalacağı, yoxsa idarəçiliklə vidalaşacağı dəqiq deyil.

Rəsmi qərar tezliklə açıqlanmalıdır. Ramiz bəy karyerası ərzində “Qəbələ”, Qazaxıstanın “Atırau” klublarına rəhbərlik edib. 55 yaşlı mütəxəssis son olaraq “Keşlə”də işləyib. Bu klub “Şamaxı”ya çevriləndən sonra da o, müxtəlif vəzifələrdə çalışıb.

Shares: