Bu gün kişi voleybolçular arasında ölkə birinciliyində növbəti oyun baş tutub.
Futbolinfo.az xəbər verir ki, Voleybol Mərkəzində keçirilən qarşılaşma “Xarı Bülbül Laçın” və MOİK komandaları arasında olub.
Çempionatda ilk matçına çıxan Laçın komandası meydandan qalib ayrılıb – 3:0 (25:18, 25:22, 29:27). “Xarı Bülbül Laçın” bu qələbə ilə ilk xallarını qazanıb.