“Finiks Sans”ın müdafiəçisi Devin Buker və “Orlando Mecik”in hücumçusu Paolo Bankero öz konfranslarında 2023/24 müntəzəm çempionatında beşinci həftənin ən yaxşı oyunçuları seçiliblər.

“Sans” bu həftə ərzində dörd qələbə qazanıb. Buker bu müddətdə hər oyunda orta hesabla 30,3 xal, 7,8 asist, 5,3 ribaund, 1,5 topalma və bir blokla çıxış edib. Onun dəqiqlik göstəriciləri perimetr daxilindən 48,1% , qövsdən kənardan isə 42,9% təşkil edib.

“Mecik” keçirdiyi dörd matçın hamısında qalib gəlib. Bankeronun göstəriciləri 23,5 xal, 5,5 ribaund, 5 asist və bir blok olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp