Ulduz basketbolçu Lebron Ceyms karyerası ərzində ən böyük məbluğiyyətlə üzləşib. “Filadelfiya Siksers” onun çıxış etdiyi “Los-Anceles Leykers” üzərində 44 xallıq fərqlə – 138:94 hesabı ilə qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, buna qədər Lebronun karyerasında ən acı məğlubiyyət 2019-cu ildə İndianada 42 xallıq fərqlə uduzmaq olmuşdu.
Qeyd edək ki, “Leykers” bu vaxta qədər “Filadelfiya” ilə keçirdiyi 290 oyunun heç birində belə böyük hesabla məğlub olmayıb. Onu da əlavə edək ki, komandaların son 7 qarşılaşmasının hamısında “Siksers” qalib gəlib.
Oyunda Lebron Ceyms 18 xal toplayıb. Filadelfiyanın ulduzu Coel Embiid isə tripl-dabl edib.