2024-cü il Olimpiya Oyunlarının basketbol üzrə seçmə turnirlərinin püşkatma mərasimi keçirilib. 24 milli komandanın qrupları müəyyənləşib.

2024-cü il iyulun 2-dən 7-dək Pirey, Riqa, San Xuan və Valensiya şəhərlərində keçiriləcək turnirlərə Yunanıstan, Latviya, Puerto-Riko və İspaniya ev sahibliyi edəcək.

24 komanda 4 müxtəlif turnirə bölünür, onların hər birində iki qrup olacaq. Qrup qalibləri dairəvi sistemlə keçirilən oyunlardan sonra müəyyən ediləcək. Ardınca da onlar bir-biri ilə görüşərək Parisə vəsiqəni müəyyənləşdirəcək.

Xatırladaq ki, Fransa, Avstraliya, Yaponiya, Cənubi Sudan, Kanada, ABŞ, Almaniya və Serbiya artıq Olimpiadaya vəsiqə qazanıb.

Beləliklə, püşkatmanın nəticələri belədir:

Pirey (Yunanıstan)

A qrupu: Sloveniya, Yeni Zelandiya, Xorvatiya.

B qrupu: Yunanıstan, Dominikan Respublikası, Misir.

Riqa (Latviya)

A qrupu: Gürcüstan, Filippin, Latviya.

B qrupu: Braziliya, Kamerun, Monteneqro.

San Xuan (Puerto Riko)

A qrupu: Meksika, Kot d`İvuar, Litva.

B qrupu: İtaliya, Puerto-Riko, Bəhreyn.

Valensiya (İspaniya)

A qrupu: Livan, Anqola, İspaniya.

B qrupu: Finlandiya, Polşa, Baham adaları.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp