BƏƏ-nin “Dubay” basketbol klubu Avroliqada çıxış edəcək. Bu barədə “Intercept” teleqram kanalı məlumat verib.
Mənbənin məlumatına görə, noyabrın 27-də Avroliqada lisenziyası olan klubların iclası keçirilib və onlar Birləşmiş Ərəb Əmirliyinin klubunu turnirə qəbul etmək barədə qərar verib. Səsvermədə klubların hamısı bu qərarın lehinə fikir bildirib. Klubun turnirdə çıxışı ilə bağlı sənədlər 2024/2025 mövsümünə qədər tamamlana bilər. Ancaq böyük ehtimalla, “Dubay” klubu 2025/2026 mövsümündən etibarən Avroliqada çıxış edəcək.
Avroliqa adlanan Avropa çempionlar kuboku turniri 1958-ci ildən fəaliyyətə başlayıb. Turnirdə ən çox qalib gələn komanda Madrid “Real”ıdır. İspanların 11 çempionluğu var.