“Turan Tovuz”la oyunda qələbəyə inanırdıq, amma bu cür xüsusi hesablı qələbəni gözləmirdik” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Bilel Auaşeriya deyib.

Fransalı futbolçu Misli Premyer Liqasının 14-cü turunda “Turan Tovuz” üzəridəki 4:0 hesablı qələbədən danışıb: “Mənim üçün də yaxşı gün idi. Çünki 3 qol vurdum və komandamın qələbəsində rol oynadım. Əvvəllər də bəzən hücumçu kimi çıxış etmişəm. Bu elə çox olmasa da, lakin oynamışam. Demək olar ki, hücum xəttinin bütün mövqeylərində çıxış etmişəm”.

Auaşeriya növbəti oyunlarda da bu mövqedə çıxış edib-etməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Məşqçilərin qərarı olacaq. Onlar dəqiq bilir ki, komanda üçün ən yaxşısı hansıdır. Gələcəkdə görəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp