Gürcüstanın Telavi şəhərində 18 yaşadək voleybolçu oğlanlar arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatındakı oyunların təqvimi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yarış 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır.
Qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
Azərbaycanın U-18 yığmasının oyunlarının təqvimi belədir:
5 dekabr
15:00. Polşa – Azərbaycan
6 dekabr
15:00. Azərbaycan – Ukrayna
7 dekabr
12:00 Latviya – Azərbaycan
8 dekabr
12:00. Azərbaycan – Estoniya
9 dekabr
18:00. Gürcüstan – Azərbaycan