İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke unikal rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın 14-cü turunda “Malyorka” ilə görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

1:0 hesablı qələbə qazandıqları matçda 63 dəqiqə mübarizə aparan Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. Kapitan madridlilərin heyətində bunu bacaran ilk futbolçudur.

“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. Yarımmüdafiəçi bu müddətdə 47 qol vurub, 113 məhsuldar ötürmə verib.

Shares: