“Real”ın baş məşqçisi Karlo Ançelotti xələfinin adını açıqlayıb. O, Madrid klubuna Xabi Alonsonun rəhbərlik edəcəyinə əmindir.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə müsahibəsi zamanı deyib: “Şübhəsiz ki, o, “Real”ın baş məşqçisi olacaq. O, böyük klubda işləmək üçün bütün qabiliyyətlərə malikdir. Onun komandaya rəhbərlik etmək manerasını bəyənirəm. Hazırda ən bəyəndiyim məşqçilərdəndir”.

Ançelottinin yayda “Real”ı tərk edib Braziliya millisinə gedəcəyi gözlənilir. Belə olarsa, onu hazırda “Bayer”ə uğurla rəhbərlik edən Alonso əvəz etməlidir. Amma son günlər Karlonun Madriddə qalmaq ehtimalı da çoxalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp