Sebastyan Şimanski tezliklə güclü Avropa klublarının düşərgəsində olacaq. “Fənərbağça”nın Polşa millisinin yarımmüdafiəçisini heyətdə saxlaya biləcəyi inandırıcı görünmür.

Futbolinfo.az xəbər verir ki, artıq bu qış onun üçün iki klubun rəsmi təklf göndərməsi gözlənilir. Türkiyə Super Liqasında özünü ən yaxşı tərəfdən göstərən oyunçuya “Mançester Yunayted” və “Napoli” müştəri düşüb. 24 yaşlı futbolçunun istanbullularla 2027-ci ilin yayınadək müqaviləsi olsa da, bu klublarda oynamaq həvəsi Şimanskinin fikrinə təsir edə bilər.

Polşalı 10 milyon avro qarşılığında cari mövsümün əvvəlində Moskva “Dinamo”sundan transfer edilib. Qısa müddətdə o, dəyərini ikiqat artıra bilib.

Shares: