Formula 1 pilotlarının qəzaya uğrayaraq komandalarına vurduqları ziyanın miqdarı hesablanıb. Hesablama zamanı hadisədən sonra aparılan təhlilə uyğun olaraq maşının hansı elementlərinin dəyişdirildiyi nəzərə alınıb.

Antireytinqin lideri “Williams” komandasının pilotu Loqan Sarcint olub, onun qəzaları komandasına 4,333 milyon dollara başa gəlib. İkinci yerdə “Ferrari” pilotu Karlos Sayns qərarlaşıb – 3,644 milyon dollar. Antireytinqin ilk üçlüyünü komandaya 3,224 milyon dollar ziyan vuran “Red Bull”dan Serxio Peres tamamlayır.

2023 mövsümündə komandalarına vurduqları ziyana görə sürücülərin tam siyahısı:

1. Loqan Sarcint (Williams) – 4,333 milyon dollar.

2. Karlos Sayns (Ferrari) – 3,644 milyon dollar.

3. Serxio Peres (Red Bull) – 3,224 milyon dollar.

4. Esteban Okon (Alpine) – 2,999 milyon dollar.

5. Lens Stroll (Aston Martin) – 2,834 milyon dollar.

6. Aleksander Albon (Williams) – 2,786 milyon dollar.

7. Kevin Maqnussen (Haas) – 2,576 milyon dollar.

8. Pyer Qasli (Alpin) – 2,426 milyon dollar.

9. Oskar Piastri (McLaren) – 2,271 milyon dollar

10. Şarl Lekler (Ferrari) – 1,914 milyon dollar.

11. Niko Hülkenberq (Haas) – 1,557 milyon dollar.

12. Nik de Vris (Alpha Tauri) – 1,522 milyon dollar.

13. Lando Norris (McLaren) – 1,452 milyon dollar.

14. Yuki Tsunoda (Alpha Tauri) – 1,255 milyon dollar.

15. Quanyu Çjou (Alfa Romeo) – 1,207 milyon dollar.

16. Lyuis Həmilton (Mercedes) – 880 min dollar.

17. Fernando Alonso (Aston Martin) – 830 min dollar.

18. Valtteri Bottas (Alfa Romeo) – 700 min dollar.

19. Corc Rassel (Mercedes) – 670 min dollar.

20. Maks Ferstappen (Red Bull) – 345 min dollar.

Zərərin ümumi dəyəri 39,425 milyon dollardır.

Shares: