Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunu öncəsi PSJ azarkeşləri ilə “Nyukasl” tərəfdarları arasında dava düşüb.

Futbolinfo.az xəbər verir ki, hadisə noyabrın 27-də, Parisdə baş verib. Fransa klubunun azarkeşləri paytaxtdakı barların birində ingilislərə hücum ediblər. Qarşıdurma zamanı tərəflər bir-birlərinə stullar atıblar.

Noyabrın əvvəlində, İtaliyadakı Çempionlar Liqası matçından əvvəl “Milan” azarkeşləri PSJ azarkeşlərinə hücum etmişdilər.

PSJ – “Nyukasl” görüşü bu gün saat 00:00-da başlayacaq.

Shares: