“Arsenal” Duqlas Luisi heyətinə qatmaq istəyir. Londonlular qış fasiləsində 25 yaşlı braziliyalını transfer etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Aston Villa”nın mərkəz yarımmüdafiəçisi bu mövsüm özünü doğrulda, komandasının uğurlu çıxışında rol oynaya bilib. Elə bu səbəbdən o, diqqət mərkəzinə düşüb.

Amma birmingemllərin baş məşqçisi Unay Emeri komandanın aparıcı üzvünü buraxmaq niyyətində deyil. O, “Arsenal”ın istənilən təklifini rədd edəcək. 2026-cı ilin yayınadək müqaviləsi olan futbolçu üçün edilən 55 milyon avroluq təklif də ispan çalışdırıcı üçün önəmli deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp