“Çelsi” klubunun satışından əldə edilən pulu Ukraynaya deyil, İsrailə vermək istəyiblər. Bu barədə “The Telegraph” məlumat yayıb.

Xəbərə görə, məsələ HAMAS-ın İsrailə hücumundan sonra müzakirə edilib. Hazırda Böyük Britaniya bu variantın reallaşmasına qarşıdır. Nazirlərin fikrincə, ideya klubun keçmiş sahibi Roman Abramoviçə məxsusdur. Belə etməklə o, Rusiyadakı sanksiyalardan qurtulmaq istəyib.

Xəbərdə yazıldığına görə, pulların digər istiqamət variantı kimi Türkiyədəki zəlzələdən dəyən zərərə görə yönəltmək olub. Digər mənbələrin xəbərinə görə isə Abramoviç İsraillə gedən danışıqlardan məlumatsızdır.

Xatırladaq ki, milyarder keçən il London klubunu 4,82 milyar avroya Tomas Bouliyə satıb.

Shares: