MBA-da bu gecə keçirilən oyunlar arasında “Dallas Maveriks” – “Hyuston Rokets” qarşılaşması qeyd edilməlidir. Uzun müddət hesabda geri olmasına baxmayaraq, Luka Donçiçin məhsuldarlığı meydan sahiblərinə qələbə qazandırıb – 121:115. Sloveniyalı basketbolçu görüşü 41 xalla tamamlayıb.

Qonaqların heyətində yenə də Alperen Şengün əla oyun nümayiş etdirib. Türkiyəli basketbolçu qarşılaşmanı 31 xal, 9 ribaund və 6 asistlə tamamlayıb. Təəssüf ki, bu, Hyuston komandasını məğlubiyyətdən xilas etməyib. Son perioda 5 xal üstünlüklə girmələrinə baxmayaraq , qonaqlar meydan sahiblərinin təzyiqinin qarşısını ala bilməyiblər.

Gecənin digər oyunları arasında “Miluoki Baks”ın Mayamidə 131:124 hesablı qələbəsini qeyd etmək olar. Antetokumbo – Lillard cütlüyü görüşü 65 xalla tamamlayıb. Bu isə komandanın topladığı xalların yarısı deməkdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp