“Çelsi” Viktor Osimheni transfer etmək istəyindən vaz keçmir. Londonlular nigeriyalı hücumçunu transfer etmək üçün qışda daha bir cəhd edəcək.

Futbolinfo.az xəbər verir ki, hücum xəttini gücləndirməyə çalışan “zadəganlar” mövsümün əvvəlində “Napoli”ni razı sala bilməmişdi. İtaliya çempionu heç bir təklifə baxmamış, heyəti qorumağa üstünlük vermişdi. Amma ötən müddətdə Osimhenin klubda ciddi problemləri ortaya çıxıb. Bu üzdən o, israrla getmək istəyir. “Çelsi” də fürsətdən yararlanmağa çalışır.

“The Telegraph”ın yazdığına görə, Viktor artıq şəxsi müqaviləsi ilə bağlı ilkin danışıqlar aparıb. İndi Neapol təmsilçisini razı salmaq lazımdır. İtaliya klubunun istəyi 100 milyon avrodan az olmayacaq.

Ancaq “Çelsi” qiymətdə endirim gözləyir. Çünki Osimhen ötən mövsümkü qədər parlaq oynamır. O, bu mövsüm bütün turnirlərdə üst-üstə 11 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp