“Səbail” Azərbaycan Kubokunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Şahin Diniyevin baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu I Divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

“Səbail” 2017-ci il fevralın 22-də “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də I Divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-nə təsadüf edən həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp