İstedadlı stolüstü tennisçi Onur Quluzadə daha bir yarışa qatılıb. Seçmə komandamızın üzvü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bacarığını göstərəcək.

Futbolinfo.az xəbər verir ki, o, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində etimadı doğrultmağa çalışacaq.

Qeyd edək ki, Onur Quluzadə bu turnirə hazırlıq üçün seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çində təşkil olunan beynəlxalq təlim-məşq tolanışında iştirak edib.

Shares: