“Liverpul” uruqvaylı hücumçu Darvin Nunyesin mersisayd klubunda keçirdiyi 60-cı matça görə  “Benfika”ya 9,8 milyon avro ödəyib. Onlar bunu müqavilədə nəzərdə tutulmuş bəndə əsasən ediblər.

Nunyes 2022-ci ilin yayında “Liverpul”a keçib. Transfer üçün mersisaydlılar qarşı tərəfə bir dəfəyə 73,3 milyon avro ödəyib, vəsaitin digər hissəsi isə bonus olaraq ayrılıb. Uruqvaylı “qırmızılar”ın heyətində 10 oyun keçirəndə “Benfika”ya 5 milyon ödənmişdi. “Mançester Siti” ilə qarşılaşma isə Nunyes üçün 60-cı olub. Beləliklə, forvardın mersisaydlılara transferinin ümumi məbləği 88 milyona çatıb. Bu da “Liverpul” tarixinin ən bahalı oyunçusu deməkdir.

Bu mövsüm 23 yaşlı forvard “qırmızılar”ın heyətində Premyer Liqada 12 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Shares: