“Çelsi”nin ukraynalı ulduzu Mixaylo Mudrikin başı dərddədir. Onu öz həmvətənləri təhdid edir.
Futbolinfo.az xəbər verir ki, azarkeşləri Mudrikin rus qadınla münasibətdə olması qəzəbləndirib. Onlar düşmən saydıqları xalqın nümayəndəsi ilə birgəliyi qəbul etmək istəmir.
Cinah hücumçusu bir neçə gün öncə London üzərində vertolyotla uçuşunun videosunu paylaşmışdı. Ondan bir neçə saat sonra eyni görüntüləri rus fitnes modeli Violetta Qraçeva da sosial şəbəkə hesablarında paylaşıb. Fanatlar onların birlikdə olduğunu məhz bu video sayəsində anlayıb.
Son zamanlar Mudrikin Qraçevanın paylaşımlarını bəyənməsi və şərh yazması da diqqətdən yayınmayıb. Azarkeşlər bu üzdən futbolçunu hətta vətənə xəyanətdə günahlandırır.