Yeniyetmələr arasında Çempionlar Liqasında kifayət qədər tanış sima var. Bu simalar yaxın keçmişin məşhur futbolçularıdır.
Bugünlərdə Robin van Persi ilə Fernando Torres də orada qarşılaşıblar. Niderlandlı “Feyenoord”un 19 yaşlı komandasının baş məşqçisidr. Fernando Torres isə “Atletiko”da analoji postu tutur.
Yeri gəlmişkən, van Persinin oğlu həmin komandada oynayır. Matçın 56-cı dəqiqəsində 17 yaşlı Şakil van Persini atası meydana buraxıb. Bu da gənc futbolçu üçün turnirdə debüt olub.
İndi vəziyyət belədir:
Bir neçə il əvvəl isə belə idi:
Torres 2019-cu ildə karyerasını bitirib. Onun komandası hazırda 12 xalla birinci pillədədir.
Arbeloa 2020-ci ildən Madrid “Real”ının gənclər komandasına başılıq edir. Hazırda “Real” 8 xalla qrup lideridir. Qrupda olan komandalar əsas Çempionlar Liqasının qrupundakı kimidir.
Rumıniyalı Kristian Çivu 2021-ci ildə “İnter”in 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin edilib. Yaxşı işlədiyinə görə bir müddət onu Simone İnzaginin yerinə əsas namizəd görürdülər. Lakin əsas komandada vəziyyət düzələn kimi bu söhbətlərə ara verildi.
10 il “Milan”ın şərəfini qoruyan İqnasio Abate iki il əvvəl baş məşqçi təyin edilib. Ona qədər Abate 16 yaşlı uşaqlardan ibarət komandaya rəhbərlik edirdi.
Hakan Balta karyerasını 2018-ci ildə bitirib. 4 il sonra “Qalatasaray”ın 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin edilib. Hazırda komandanın vəziyyəti ürəkaçan deyil. Baltanın komandasının cəmi 3 xalı var.