Xosep Qvardiola yenə cərimələnib. Amma onun budəfəki cəzası futbolla bağlı deyil.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi pis sürücü olması üzündən belə aqibətlə üzləşib. İspan çalışdırıcı avtomobilini düzgün park etmədiyi üçün polislərin qəzəbinə tuş gəlib.

Əvvəllər də eyni səbəbdən cəza alan Qvardiola bu dəfə ötən bazar qaydaları pozub. O, maşınını Mançesterin mərkəzində yanlış yerdə 3 saatdan artıq saxladığı üçün cərimə ödəməli olacaq. Məmurlar ona 60 funt-sterlinq cərimə kəsib.

Shares: