“Qəbələ”nin israilli futbolçusu Feras Abu Akal qış fasiləsində heyətə qayıdacaq. Futbolinfo.az-ın məlumatına görə, o, hazırda müalicəsini davam etdirir.
Abu Akalla bağlı maraqlı məqam bundan ibarətdir ki, futbolçunun adı Azərbaycan Premyer Liqası üçün sifariş ərizəsində yoxdur. “Qırmızı qaralar” onun adını çempionat üçün siyahıya salmayıb.
Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib ki, Abu Akal qışa qədər meydana çıxmayacağı əvvəlcədən bəlli olduğu üçün onun adı iştirak ərizəsinə salınmayıb: “Qış təlim-məşq toplanışında o yəqin ki, heyətə qoşulacaq. Ondan sonra adını PFL-ə göndərəcəyik. Hazırda isə İsraildə müalicə alır”.
Futbolçu özü də futbolinfo.az-a açıqlamasında qeyd edib ki, yanvardq heyətə qayıdacaq: “Hazırda müalicəm davam edir. Adımın siyahıda olmaması yəqin ki, uzunmüddət zədəli olmağımla bağlıdır”.