Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edən “Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin ayağı sınıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun başa çatdıqdan dərhal sonra komandanın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.
Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.