Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Neftçi” turnir cədvəlinə liderlik edən “Azərreyl” ilə qarşılaşıb.

Liderin üstünlüyü ilə başlayan oyun gərgin mübarizədə keçib. Tay-brekə kimi davam edən matçda “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.

“Neftçi” – “Azərreyl” 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp