Azərbaycan kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilən “Kür-Araz” – “Araz-Naxçıvan” oyunundan sonra ikincilərin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 6:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” ilə oyundan sonra bərpa üçün kifayət qədər vaxtımız olmadı. Buna rəğmən, çalışdıq optimal heyət quraq. Birinci hissədə istədiyimiz qol epizodlarını yaratsaq da, realizə edə bilmədik. Bunu fasilədən sonra reallaşdırdıq.
Əsasən yerli futbolçulara şans verdik. Amma güclənməyə ehtiyac var. Mümkün olsa, qış fasiləsində bunu edəcəyik”.