Raca Nainqqolan karyerasını bitirmək istəmir. Belçikalı məşhur yarımmüdafiəçi indi də İndoneziyaya yollanıb.
Futbolinfo.az xəbər verir ki, yayda SPAL-dan ayrıldıqdan sonra işsiz qalan 35 yaşlı futbolçu “Bhayanqkara” klubu ilə anlaşıb. O, qarşıdakı bir ili bu komandada keçirəcək.
“İnter” və “Roma” da daxil olmaqla, İtaliyanın bir neçə klubunda 17 il forma geyən Raca 2021-ci ildə vətəninə qayıtmışdı. Amma onun “Antverpen” karyerası iki ildən sonra qalmaqalla bitdi. Ehtiyat oyunçular skamyasında siqaret çəkərkən yaxalanan Nainqqolan karyerasını bitirdiyini açıqladı, amma bir neçə ay sonra yenidən İtaliyaya – bu dəfə SPAL-a qayıtdı. İndi isə o, yəqin ki, son klubu olacaq “Bhayanqkara”ya keçib.