“Bayern” Ronald Arauxonu transfer etmək istəyir. Ancaq “Barselona” uruqvaylını satmağa məcbur olmasa, bu transfer çətin ki, baş tutsun.

Futbolinfo.az xəbər verir ki, münhenlilərin baş məşqçisi Tomas Tuhel 24 yaşlı müdafiəçinin oyununu çox bəyənir. Bu səbəbdən rəhbərliyə yayda onun transferini reallaşdırmaq üçün xahiş edib. Lakin ispanlarla 2026-cı lin yayınadək anlaşması olan oyunçunu almaq o qədər də asan deyil.

Məsələ mərkəz müdafiəçisinin müqaviləsində olan bəndlə bağlıdır. “Barselona” onu satmaq istəməsə, futbolçunu klubdan qoparmaq üçün bir milyard avro ödəmək lazımdır. Çünki Ronaldın sərbəstqalma dəyəri məhz bu qədər müəyyən edilib.

“Barselona” əsas heyət üzvünü buraxmaq niyyətində deyil. Amma klubun maliyyə problemləri qaydasına düşməsə, Arauxonun da satışı mümkündür. “Bayern” də bunu bildiyindən uruqvaylını almaq üçün yayda cəhd edəcək.

Shares: