MBA-da bu gecə keçirilən oyunda “Hyuston Rokets” Denverdə qonaq olub. Alperen Şengünün komandası ardıcıl 7-ci səfər oyununda məğlub olub.

Türkiyəli basketbolçu görüşü 22 xal və 7 ribaundla tamamlayıb. Ardıcıl 2 məğlubiyyətdən sonra “Rokets” konfransda 9-cu pilləyə enib.

Çempion komandanın heyətində Nikola Yokiç 32 xal, 10 ribaund və 15 asistlə oynayıb. Bu da onun mövsümdə 7-ci tripl-dablıdır.

Lebron Ceymsin şərəfini qoruduğu “Leykers” komandası Detroytda 133:107 hesabı ilə qələbə qazanıb. Bu, “Pistons”un ardıcıl 15-ci məğlubiyyətidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp