İtaliyanın “Ferrari” komandası pilotları Karlos Sayns və Şarl Leklərlə yeni müqavilənin müzakirəsinə başlayıb. Bu barədə Formu1.uno portalı məlumat verib. Məlumata görə, danışıqlar pozitiv ssenari üzrə davam edir.

Prosesə komandanın başçısı Frederik Vasyör rəhbərlik edir. Hər iki pilotla 2026-cı ilin sonuna qədər müqavilə imzalanması gözlənilir. Bu da yeni motor reqlamentinə sakit tərzdə keçməyə imkan verəcək.

Xatırladaq ki, yeni qaydalar 2026-cı ilin əvvəlində qüvvəyə minəcək.

Başa çatan mövsümdə monakolu Lekler ümumi sıralamada 206 xalla 5-ci olub. Onun ispaniyalı komanda yoldaşı isə 200 xalla 7-ci sıranı tutub.

Shares: