Azərbaycan millisinin və Tailandın “Buriram Yunayted” klubunun futbolçusu Ramil Şeydayev “İnstaqram” hesabında etdiyi paylaşımla diqqət çəkib.

QOL.az xəbər verir ki, dünən Asiya Çempionlar Liqasında Çinin “Zhejiang”ına qarşı matçından sonrahər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev də münaqişənin iştirakçısı olub. Çin klubunun bir çox futbolçusu R.Şeydayevi döyüblər.

Ramil etdiyi paylaşımla Çin klubuna mesaj göndərib: “Mən hələ də burdayam, “Zhejiang”. Sadəcə ünvanı göndər” yazıb.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

191612 rsbwh24yo3 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp