“Səbail”in bosniya və herseqovinalı müdafiəçisi Adi Mehremiçin futbolinfo.az saytına müsahibəsi

– “Şəfa” ilə oyunda 7:0 hesablı qələbə qazandınız. Çox asan qarşılaşma oldu?

– Qələbə qazandığımız üçün hamımız sevincli və şadıq. Çünki bu, önəmli idi, biz növbəti mərhələyə adladıq. Düzdür, 7:0 hesablı qalibiyyətə sevinmişik, amma kubok oyunları heç zaman asan olmur. Biz oyunun əvvəlindən sonuna qədər motivasiyamızı itirmədik. Bütün oyun boyu məsuliyyətli olmağa çalışdıq.

– Kuboku qazanmaq şansınız var…

– Düzdür, bizim üçün yaxşıdır. Qarşıdakı rəqiblərə baxanda çox irəli gedə bilərik. Çünki böyük komandalar cədvəlin digər tərəfindədir. Bu, bizə daha yaxşı, inamlı oynamağa motivasiya verir. Sona qədər döyüşüb hətta finala da çıxa bilərik.

– Qayıdaq Premyer Liqaya. Son 2 matçda qələbə qazana bilməmisiniz…

– Düzdür, son iki matçda nəticə yaxşı deyil. Biz daha çox xal qazanmaq haqqında düşünürdük. Artıq hər şey geridə qaldı. Qarşıda bizi mövsümün ilk yarısının son 4 görüşü gözləyir. Hazırlaşıb bu matçlardan maksimum nəticə ilə ayrılmalıyıq.

– Autsayder “Kəpəz”lə matçda 3 xalı qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?

– Bu cür hallar futbolda olur. Həmişə gözlədiyin kimi nəticələr olmaya bilər. Biz bu oyunda 3 xalı hədəfləmişdik, bütün planlarımız da bunun üçün idi. Amma bir xalı pis nəticə saymıram. Növbəti oyuna hazırlaşmalıyıq.

– Səncə, ilin son 4 oyununda hazırkı pilləni qoruyub saxlaya biləcəksiz?

– Açığı, hamımızın fikri hər oyunda qalib gəlməkdir. Biz bütün matçlarda meydana 3 xal üçün çıxırıq. Əlbəttə, daha yaxşı yerlərdə olmağa çalışacağıq. Bu 4 oyunda daha çox xal qazanmaq məcburiyyətindəyik.

– Növbəti matçda “Araz-Naxçıvan”la üz-üzə gələcəksiz. Bu komanda da son 3 oyunda qələbə üzünə həsrətdir…

– Çox maraqlı oyun oalcaq. Turnir cədvəlində bu rəqiblə qonşuyuq. Ona görə də çox gərgin matç keçəcək. Hər iki komanda xal ehtiyatını zənginləşdirmək üçün meydanda mübarizə aparacaq. Qələbə qazanan yuxarı pillədə olacaq. Bu baxımdan çox maraqlı olacaq.

FƏRİD

Shares: