“Qalatasaray”ın yarımmüdafiəçisi Hakim Ziyeş Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Mançester Yunayted”lə qarşılaşmada (3:3) dubl edib.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu bu görüşdə hər iki qolu cərimə zərbəsindən vurub. O, turnir tarixində bunu edən üçüncü oyunçu olub.
Çempionlar Liqasında cərimə zərbəsindən ən çox qol vurma rekordçuları da Kriştiano Ronaldo (2009-cu ildə “Sürix”lə oyun) və Neymardır (2018-ci ildə “Srvena Zvezda” ilə oyun).
Ziyeş 2023-cü ilin avqustunda “Çelsi”dən icarə əsasında “Qalatasaray”a keçib.