Milli komandamızın sabiq hücumçusu Badri Kvaratsxeliya oğlundan danışıb. O, “Napoli”nin ulduzu olan Xviçanın arzularını dilə gətirib.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasında baş tutan “Real” – “Napoli” matçından sonra (4:2) Badri bunları deyib: “Xviça hər zaman “Real”da oynamağın xəyalını qurdu. İndi də belədir. Onun üçün madridlilərə qrşı oynamaq özəldir. Ümumiyyətlə, ailəmizdə mən istisna olmaqla hamı “Real” azarkeşidir”.

1997-2005-ci illərdə “Kəpəz və “Şəmkir”də oynamış Kvaratsxeliya milliləşdirildikdən sonra Azərbaycan millisində 3 oyunda forma geyib. O, ölkəmizdə məşqçi kimi də çalışıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp