NASA “Real”ın fiziki hazırlıq üzrə məşqçisinin metodlarını tədqiq etmək qərarına gəlib. Antonio Pintusun məşqlərinin kosmonavtlar üçün də faydalı olacağı ehtimal edilir.

Futbolinfo.az xəbər verir ki, “Real” futbolçularının mükəmməl dözümlülüyü məhz Pintusun əməyinin nəticəsidir. Kluba qayıtdıqdan sonra Karlo Ançelottinin məşqçilər korpusuna qatılan bu şəxs məşqlərdə maskalardan istifadə edir, müxtəlif metodları sınayır. NASA-nın diqqətini də bu amillər çəkib.

Fiziki hazırlıq üzrə məşqçi fikir mübadiləsi aparmaq üçün NASA-nın təlim mərkəzinə dəvət olunub. Pintus kosmonavtların hazırlığında faydalı olacaq bənzərsiz dözümlülük məşqləri, qidalanma rejimi və bəpra prosesi barədə təcrübələrini paylaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp