Ronald Arauxo “Barselona”nı tərk etməyəcək. Bu haqda futbolçu özü danışıb.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in yayda heyətinə qatmaq istədiyi uruqvaylı hazırkı komandasında qalmağı üstün tutur. Mərkəz müdafiəçisi İspaniyada xoşbəxt olduğunu və hər hansı yerdəyişməyə hazırlaşmadığını bildirib.

Münhenlilərin 24 yaşlı oyunçunu transfer etməyi onsuz da mümkünsüz idi. Bir milyard avro sərbəstqalma dəyəri olan Arauxo yalnız klubun maliyyə problemlərnə görə satıla bilər. Amma hətta belə olacağı halda da uruqvaylı müqaviləsinin sonuna – 2026-cı ilin yayına kimi “Barselona”da qalmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp