“Mançester Yunayted” yeni qapıçı axtarışına çıxıb. İngilislər qışda, ən pis halda mövsüm bitən kimi heyəti gücləndirməyi düşünür.

Futbolinfo.az xəbər verir ki, klubda hər kəs mövsümün əvvəlində “İnter”dən alınan Andre Onananın çıxışından rahatsızdır. Həddindən çox səhv edən kamerunlunun bu mövsüm Çempionlar Liqasının 3 səfər matçında 13 top buraxması səbr kasasını daşırıb. Hətta dünən komandanın sabiq yarımmüdafiəçisi Pol Skoulz da Onananı tənqid edib, onu səhv etdikdən sonra gülməsinə hirsləndiyini, bu hərəkətlərin müdafiəçilərə psixoloji təzyq olduğunu bildirib.

Mançesterlilər yayda vidalaşdıqları və hələ də klubsuz olan David de Xeanı geri qaytara bilmədiyindən digər variantları götür-qoy edir. Hazırda əsas diqqətlər “Latsio”nun 29 yaşlı qapıçısı van Provedelə dikilib. Romalılar italiyalı qolkiper üçün 30-35 milyon avro tələb etmək niyyətindədir. Bu transfer alınsa, Onana satışa çıxarılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp