“Real” Karlo Ançelottiyə yeni müqavilə təklif etməyə hazırlaşır. Yayda müqavilə müddəti başa çatacaq mütəxəssisə 1+1 şərti ilə danışıqlar aparılacaq.

Futbolinfo.az xəbər verir ki, Braziliya millisinə gedəcəyi gözlənilən mütəxəssis Madriddə qalmağın əleyhinə olmadığını dəfələrlə bildirib. Amma o, ehtiyant variant kimi cənubi amerikalılara da “yox” deməyib.

Şərtlər uyğun olsa və danışıqlar müsbət yekunlaşsa, “Bayer”in baş məşqçisi Xabi Alonsonun Madridə dönüşü ləngiyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp