Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib. 5-ci tur yekunlaşandan sonra seçilən 4 futbolçudan bri azarkeşlərin rəyi əsasında qalib olacaq.

Futbolinfo.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”a iki qol vuran Kristian Eriksen də var. Dünən 5 dəqiqəyə dubl edən yarımmüdafiəçi matçı gedişatını dəyişmişdi.

Digər 3 namizədə gəlncə onlar “Frayburq”dan Mihael Qreqoriç, “Liverpul”dan Kadi Qakpo və Marsel “Olimpik”indən Pyer-Emerik Obameyanqdır. Qakpo Eriksen kimi 2 qol vurubsa, Qreqoriçlə Obameyanq günü het-triklə tamamlayıb.

Shares: