Felipe Luis futbolçu karyerasını başa vurmaq qərarı alıb. Madrid “Atletiko”sundakı və “Çelsi”dəki çıxışından xatırladığımız braziliyalı sabah yaşıl meydanlara vida edəcək.
Futbolinfo.az xəbər verir ki, 2019-cu ildən Braziliyada “Flamenqo”nun formasını geyən 38 yaşlı cinah müdafiəçisi artıq yüksək səviyyədə oynaya bilməyəcəyini anlayıb. Son vaxtlar əsas heyətdən kənar qalan Luis karyerasını məşqçi kimi davam etdirmək niyyətində olduğunu bildirib.
Vətənində bir neçə klubda çıxış etmiş “Fiqueyrense” yetirməsi Avropada “Ayaks” və “Deportivo” forması da geyib. İngiltərə və İspaniyada çempion olmuş futbolçu UEFA Superkubokunu və Avropa Liqasını iki dəfə qazandığını, milli komanda ilə Kopa Amerikanın qalibi olduğunu xatırladaq.