“Real”da italiyalını həmyerlisinn əvəzləməsi mümkündür. Karlo Ançelottiylə anlaşmaq mümkün olmasa, madridlilər Roberto de Zerbinin namizədliyi üzərində də düşünür.

Futbolinfo.az xəbər verir ki, Ançelotti ilə 1+1 il şərti ilə yeni müqavilə bağlamaq üçün danışıqlara başlayan “Kral klubu” ehtiyatı əldən vermir. Karlonun yayda Braziliya millisinin başına keçmək ehtimalı böyükdür. Təsadüfi deyil, cənubi amerikalılar hələ də daimi baş məşqçi təyin etməyib və ilkin razılığa gəldikləri Ançelottinin yolunu gözləyir. Təcrübəli çalışdırıcı isə yalnız “Real”dan sərfəli təklif almayacağı təqdirdə yığmaya gedəcəyini bildirib.

Madridlilər indi Ançelotti ilə anlaşmanın müddətini uzatmaq istəyir, lakin o, müddətin qısa olmasından məmnun deyil. Tərəflər ortaq məxrəcə gəlməsə, “Real” “Brayton”a uğurla rəhbərlik edən de Zerbiyə yönələcək. İspaniya mətbuatına inansaq, Zinəddin Zidan, Xabi Alonso və Joze Mourinyonun Madridə qayıtmaq şansı Robertodan heç də yüksək deyil.

Shares: