Romelu Lukakunun növbəti mövsümə harada başlayacağı bəlli deyil. Hazırda “Roma”da icarədə olan hücumçunun “Çelsi”yə qayıdıb-qayıtmayacağı bilinmir.
Futbolinfo.az xəbər verir ki, Londonda özünü rahat hiss etməyən belçikalı forvard ötən mövsüm “İnter”də oynamışdı. Heç kim onun üçün böyük transfer haqqı ödəmədiyindən “zadəganlar” hücumçusunu növbəti dəfə icarəyə göndərməyə məcbur oldu.
İndi isə onun birdəfəlik “Roma”da qalmaq şansı var. “Roma”nın baş meneceri Tyaqo Pinto bu barədə danışmağın zamanı olmadığını deyir: “Romeluya sevgimiz tam göstərdik. Əks halda, o, bizimlə olmazdı. Gələcəyi barədə qərar vermək üçün isə çox tezdir. Onun oyunundan zövq almağa çalışmalıyıq. Ötən mövsüm Paulo Dibala ilə bağlı yaranan söhbətlərin təkrarlanmasını istəmirik. Mövsüm bitdikdən sonra danışıb qərarımızı verəcəyik”.