Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıb, yığmamız 10 xalla liderdir. Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp